“Bəlkə də toplumun 80 faizi bu virusu ayaqüstə keçirəcək” - MÜSAHİBƏ

“Bəlkə də toplumun 80 faizi bu virusu ayaqüstə keçirəcək” - MÜSAHİBƏ

“Bu ay hәssas mərhələ olduğu üçün izolyasiya qaydalarına ciddi əməl etmək, karantin rejiminə uyğun davranmaq lazımdır”

“Bütün gün soğan,sarımsaq yemək, spirtdən istifadə etmək bədənin immunitetini aşağı salaraq yoluxmaya daha uyğun vəziyyətə gətirib çıxarır”

“Bol maye içib, vitaminli qidalardan (C,D, xüsusәn ) istifadә etmәk mühüm şərtdir”

“Ümummiyyətlə isə ev şәraitindә özbaşına müalicə çox qorxuldur”

Azərbaycanda koronavirusa yoluxanların sayı getdikcə çoxalır. İlk günlərdə bir rəqəmli olan artım, sonrakı günlərdə iki rəqəmliyə keçib. Bir çoxları hesab edir ki, virusun bu qədər sürətlə yayılması və yoluxma faktlarının artması birmənalı olaraq əhalinin karantin qaydalarına riayət etməməsi ilə bağlıdır.

İnfeksionist Natiq Əliyev isə “Sherg.az” a müsahibəsində bu artımı bir yox, bir neçə amillərlə əlaqələndirib.

- Pandemiya ilə bağlı nə düşünürsünüz. Bəşəriyyət niyə “COVİD-19” virusu qarşısında aciz qalıb ?

- Koronavirus bizә, yәni tibbә yeni mәlum olan bir virus deyil. Sadәcә onun yeni növü olan bu gün hәr yerdә eşitdiyimiz “COVİD-19” növü bizim üçün yenidir. Yeni olduğu üçün onunla standart tәrtib olunmuş müalicә protokoları ,vaksinlәr vә.s faktorlar haqqında fikrimiz yox idi. Bu da təbii olaraq başlanğıcda bizim virusla işlәmәyimizә çәtinlik yaratdı.

-Necә oldu yoluxma sayı bu qədər artdı ?

- Artma sәbәbinә tәsir göstərən bir sıra faktorlar var, ancaq әn önәmlisi vә diqqәt çәkmәk istәdiyim səbəb insanların laqeyidliyi və xəstəliyi lağlağı predmetinә çevirmәləridir. Ta əvvəldən nә qәdәr maariflәndirməyə çalışsaq da insanlar bu virusa heç əhəmiyyət vermədi. İkinci səbəb isə həkim olmayan şəxslərin insanlarda fikir çaşqınlığı yaratmasıdır. Yoluxmanın artmasına təsir edən digər amil insanların qorxaraq özlәrindә olan әlamәtlәri gizlәtmәlәri yaxud evdә müalicә etmәlәridir. Bu cür səhvlərə yol vermək doğru deyil. Koronavirusa yoluxan şəxs mütlәq tәdric olunmalıdır ki, digər insanları da yoluxdurmasın. Bu mövzu ilə bağlı təlimatları ancaq hәkimlәr, xüsusәn də infeksionist, epidemioloq və mikrobioloqlar demәlidir.

Çox təəssüflər olsun ki, hazırda ölkədə xüsusi karantin rejimi elan olunmasına baxmayaraq insanlar yenə də özlərinin və ətrafındakıların həyatını təhlükəyə atmaqda davam edirlər.

- Hansısa formada virusa yoluxmanın qarşısını almaq mümkün deyil ?

- Qarşısını almağın mümkünsüz olduğunu düşünmürük. Bəlkə də toplumun 80 faizi bu virusu ayaqüstə keçirəcək. Amma bir həkim kimi bizim qorxduğumuz xüsusi risk qrupu insanlar var ki, onların xroniki xәstәliklәri olduğu üçün koronavirusa qarşı mübarizə aparmaları real görünmür. Onların orqanizmi onsuz da hansısa bir xәstәliklә mübarizә vәziyyәtindәdir. Üstəlik də bu virusa yoluxsalar artıq bütün balans pozular.

- Hazırda virusla bağlı ölkəmizdəki vəziyyət və aktiv xəstələrin durumunu necə dəyərləndirirsiniz?

- Ölkәmizdә aktiv xәstә sayı 545 ,ölüm sayı 7- dir. Ölkә әrazisindә 40.mindən çox insana test edilib. Paytaxt vә regionlardakı bütün mәrkәzlәr tam işlәk vәziyyәtdәdir.Onlarla işlәyәn komandalara da xüsusi tәlimatlar verilir.

-Koronavirusla bağlı insanlara nə tövsiyəniz var?

 

- Əsas odur, sosial izolyasiya qaydalarına әmәl etsinlər. Evdә 15-20 gün qalmaq hәyatınızdan önәmli deyil, bircә bunu düşünün. Gigiyena qaydalarına əməl edib, vaxtaşırı əllərini sabunla yusunlar. Yaxud da әl dezinfektanları, gellәr, türklәrin kolonyasından istifadә edilә bilәr.

Xәstә şәxslәrin maska taxması vә mütәmadi cәrrahi gündәlik istifadә edilәn maskanın maksimum 2 saatdan bir dəyişilməsi vә onunda taxılıb-çıxarılma qaydalarına әmәl edilməsi çox vacibdir.

Vacib qaydalardan biri də tibbi әlcәklәrdən qeyri- düzgün istifadə hallarına yol verilməməsidir. Mağaza satıcıları, bank işçilər әlcək geyinәrәk әllәri ilә üzlәrinә tәmas edәrәk özlərinin yoluxdurma riskini artırırlar. Yaxşı olar ki, tez-tez əllərini sabunla yusunlar və maksimum dərəcədə əllərini üzlərinə, gözlərinə toxundurmamağa çalışsınlar.

Onu da deyim ki, bütün gün soğan,sarımsaq yemək, spirtdən istifadə etmək mәnasızdır. İçki içmək də insanı koronavirusdan qoruya bilməz. Əksinə bədənin immunitetini aşağı salaraq yoluxmaya daha uyğun vəziyyətə gətirib çıxarır. Bol maye içib, vitaminli qidalardan (C,D, xüsusәn ) istifadә etmәk mühüm şərtdir.

- Koronavirusa yoluxması təsdiqlənən, vəziyyəti stabil olan xəstələr həkimin yazdığı müalicəni evdə tətbiq edərək, sağala bilərmi?

-Virus tәsdiqlәnib heç bir klinik simptomu, yəni qızdırması, nәfәs darlığı, boğaz ağrısı vә.s əlamətləri olmayan və xüsusi risk qrupu hesab edilməyən şəxslər ev şəraitində həkim müşahidəsindən sonra müalicə ala bilər . Hansısa xroniki xәstәliyi olan, yaşı 65-dən yuxarı insanlar, hamilәlәr isə mütləq karantinə alınmalıdır. Ümummiyyətlə isə ev şәraitindә özbaşına müalicə çox qorxuldur. Əksər xəstə bizә artıq ağırlaşmış halda gətirilir. Halbuki klinik simptomun әvvәlindә gәlsәlәr, daha effektiv müalicә ilə ağırlaşma olmadan sağala bilərlər.

-İnsanlar ümid edir ki havaların istiləşməsi vəziyyətin sabitləşməsinə gətirib, çıxaracaq. Doğurdan da virus yay aylarında məhv ola bilərmi?

-Bu cür məlumatlar rәsmi olaraq öz tәsdiqin tapmayıb. Bir çox isti ölkələrdə də koronavirusa yoluxan insanlar var. Ancaq faktiki olaraq bütün ölkәlәrdә koronavirusa yoluxma ilə bağlı pik hədd yaşanır. Adətən xәstәliyə yoluxma sayı maksimum olandan sonra artıq gerilәmәyә doğru gedir.

Bu ay hәssas mərhələ olduğu üçün izolyasiya qaydalarına ciddi əməl etmək, karantin rejiminə uyğun davranmaq lazımdır. Eyni zamanda koronavirusa qarşı vaksin yoxdur. Bir dəfə koronavirusa yoluxan insan yenidən bu xəstəliyi keçirə bilər. Ona görә də virusa yoluxub sağalan insanlar yenidәn yoluxma riskini nәzәrә alaraq bütün izolyasiya qaydalarına әmәl etmәlidirlәr.

Mənbə: sherg.az