Ukrayna sərhədlərindəki piyada keçidlərini bağladı

Ukrayna sərhədlərindəki piyada keçidlərini bağladı

Ukrayna koronavirus pandemiyası ilə əlaqədar dövlət sərhədindəki bütün piyada keçidlərini qapadıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ukrayna Dövlət Sərhəd Xidməti yayıb.

Məlumata görə, yalnız 19 sərhəd keçid məntəqəsində vətəndaşların öz avtomobilindən istifadə edərək sərhədi keçməsinə izn verilib.

Ümumilikdə 115 sərhəd keçid məntəqəsinin bağlandığı bildirilib.

Mənbə: axar.az