Həbs edilən "əməkdar müəllimə" də azadlığa buraxıldı

Həbs edilən "əməkdar müəllimə" də azadlığa buraxıldı

Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

Sərəncama əsasən azadlığa buraxılanlar arasında dələduzluqda ittiham edilərək, həbs edilən "əməkdar müəllimə" Nuriyyə Ağayeva da var.

65 yaşlı N.Ağayeva 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda suçlanaraq, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama aktına əsasən, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək, onların pullarını ələ keçirib.

Filologiya elmləri namizədi olan N.Ağayev vətəndaşlardan universitetə qəbul etdirmək adı ilə pul alıb.

Mənbə: cia.az