66 yaşlı icra başçısı karantin qadağasını pozdu - FOTOLAR

Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin müxtəlif ərazilərində- parklarda, küçələrdə, bulvarda, ictimai yerlərdə olub.

BakuPost.az xəbər verir ki, İH-nin yaydığı məlumatda bildirilir ki, icra başçısı sakinləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməyə çağırıb.

Xəbərdə qeyd edilir ki, Sumqayıt şəhərində Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır.

İcra başçısının sərəncaı ilə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb.

Yaradılmış komissiya tərəfindən şəhər sakinləri arasında maarifləndirici tədbirlər görülür, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.

Onu da qeyd edək ki, icra başçısı Zakir Fərəcov 1954-cü ildə anadan olub və 66 yaşı var. Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin karantin dövründə evdən çıxması qadağan edilib.

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Uyuyan şəhər...

SONRAKI XƏBƏR

Poqba "Real"a hansı məbləğə transfer olunacaq? - SON DURUM