Çində son ayların ilk hadisəsi...

Çində son ayların ilk hadisəsi...

Koronavirus mərkəzi olan Çində uzun müddət sonra bir ilk yaşanıb.

Yenisabah.az xəbər verir ki, məlumat Çinin Milli Səhiyyə Komissiyası tərəfindən verilib. Açıqlamaya görə, Çində yanvar ayından bəri ilk dəfə ölüm hadisəsi qeydə alınmayıb. Lakin 32 yeni yoluxma hadisəsi baş verib və beləliklə, COVİD-19 daşıyıcılarının sayı 81 min 740 nəfərə çatıb.

Qeyd edək ki, gün ərzində 89 nəfər müalicə edilib.

Mənbə: yenisabah.az