Koronavirus nə dərəcədə öldürücüdür? Rəqəmlər nə deyir?

Koronavirus nə dərəcədə öldürücüdür? Rəqəmlər nə deyir?

"Covid-19" xəstəliyindən ölənlərlə bağlı xəbərlər bütün ölkələr üçün həyəcan siqnalı, əzizlərini itirənlər üçüncə böyük faciədir.

Pandemiyanın dərinləşmə ehtimalı haqqında qiymətləndimələr bir çox ölkələri karantin tədbirlərinə əl atmağa məcbur etdi. Bəs, ölüm staistikası nədən xəbər verir?

Ölümlərin səbəbi koronavirusdurmu?

Hər gün açıqlanan ölüm rəqəmləri orqanizmlərində koronavirus aşkar edildikdən sonra xəstəxanalarda vəfat edənlərin sayından ibarətdir. Çünki yoluxma hallarının hamısının bildirilməsi tələb edilir.

Bu rəqəmlərdə görünməyən məqam virusun ölümlərə hansı səviyyədə səbəb olmasıdır.

Koronavirus həm əsas, həm də ölümü tezləşdirən səbəb ola bilər; eyni zamanda başqa xəstəliyə görə ölməkdə olan birində aşkar edilmiş də ola bilər.

"Covid-19"-dan ölənlərin çoxunda ürək tutması və ya diabet kimi digər xəstəliklər də müşahidə edilir. Yəni koronavirus mövcud xəstəliklərə "qoşularaq" ölümü tezləşdirən səbbə rolunda çıxış edə bilər.

Məsələn, İngiltərənin Konventri şəhərində koronavirus testi pozitiv çıxan 18 yaşlı gənc bir gün sonra vəfat etmiş və bu xəsətəlikdən ölən ən gənc pasient kimi qeydə alınmışdı.

Ancaq xəstəxananın sonradan yayımladığı açıqlamada bildirilmişdi ki, onun "başqa bir sağlamlıq problemi" olub və ölümünün səbəbi koronavirus deyil.

Aralarında tibb işçiləri və Londonda yaşayan 13 yaşlı oğlan uşağının da olduğu digər şəxslər isə hər hansı xəstəlikləri olmadığı halda vəfat etdilər.

Hazırda Britaniyanın Milli Statistika Xidməti hansı ölümlərin sırf koronavirusdan qaynaqlandığını araşdırır.

London İmperiya Kollecinin hökumət üçün hazırladığı hesabatda bildirilir ki, koronavirusa qarşı heç bir tədbir görülməzsə, yoluxma ölkə boyu yayıla və avqust ayına qədər 500 000 nəfərin ölümüylə nəticələnə bilər.

Hesabatda həmçinin qeyd edilir ki, hökumətin seçdiyi ilk strategiyaya uyğun olaraq yoluxma simptomları olan şəxslərini özlərini izolə etməsi və vəziyyəti daha ağır olanlara yardım göstərilməsi davam etdiriləcəyi halda ölüm sayının 250 000 civarında qalması mümkündür.

İndi təcrid tədbirləri vasitəsilə bu sayın 20 000-i keçməməsinə çalışırlar.

Ancaq bu, yerdə qalan 480 000 nəfərin ölümdən qurtulacağı demək deyil. Bir çoxları vəfat edəcək - yoluxmuş olsalar da, olmasalar da.

Britaniyada hər il 600 000 nəfər ölür. Orqanizmi zəif və yaşı çox olanlar həmişə risk qrupundadırlar. Virusa yoluxacaqları halda belələri yenə də həmin qrupda olacaqlar.

Kembric Universitetinin professoru Sir David Spiegelhalter gələn il yaşı 80-dən çox olanların 10%-inin öləcəyini bildirir. Onun sözlərinə görə, "Covid-19" xəstəliyinə tutulsalar belə, onların ölüm riski təxminən eyni səviyyədə olacaq:

"Onların çoxunun yaxın zamanlarda onsuz da öləcəyi təxmin edilirdi".

Ancaq neçə nəfərin bu kateqoriyaya aid olduğunu hələ ki, demək mümkün deyil.

London İmperiya Kollecinin professoru Neil Ferguson bu nisbətin 2/3 ola biləcəyini demişdi.

Səbəbi virus olmayan ölümlər 12 ay boyu baş verdiyi halda, yoluxmaların gətirdiyi ölümlər sürətlə baş verir və bu, xəstəxanaları çətin vəziyyətə salır.

Təcrid üsulu nə dərəcədə effektlidir?

İndiki taktikaların təsirli olub-olmadığı gələcək həftələrdə səhiyyə müəssisələrinin yoluxma hallarına qarşı nə dərəcədə effektli mübarizə apara biləcəyindən asılıdır.

Başqa bir həlledici meyarsa "artıq ölümlər" olacaq - yəni, gözlənilən ölüm saylarıyla real say arasındakı fərq.

Qrip viruslarının yayğın olduğu dönəmlərdə bu statistika yaxından izlənib. Britaniya Milli Səhiyyə Xidmətinin açıqlamasına görə, qış aylarında qripə görə təxminən 17 000 "artıq ölüm" olub.

Təbii ki, bunu ancaq gələcəkdə müəyyən etmək mümkün olacaq. London İmperiya Kollecinin araşdırmaçıları vəziyyəti öyrənə bilmək üçün modellər hazırlayırlar.

Əgər koronavirusun qripdən daha ölümcül olmadığı aydınlaşarsa, təcrid tədbirləri "artıq ölüm" hallarının 1400-dən aşağı olmasıyla nəticələnə bilər. Bu, təcriddən əvvəlki "yoluxmanın sürətini azaltmaq" strategiyasında təxmin edilən saydan təxminən 12 000 nəfər azdır.

Əgər koronavirusun qripdən beş dəfə çox ölümcül olması üzə çıxrsa, təcrid taktikası "artıq ölümləri" 6 900 nəfər civarında saxlaya bilər. Bu isə daha əvvəlki taktika dövrünə aid təxminlərdən 60 000 nəfər az ölüm deməkdir.

Təcridin mənfi tərəfləri hansılardır?

Amma təcrid taktikasının da öz çatışmazlıqları var.

Nottingham Trent Universitetinin professoru Robert Dinwall təcridin "cəmiyyətə və iqtisadiyyata ikinci dərəcəli zərərləri" olduğunu deyir və onları belə sıralayır:

könüllü izolyasiya dövründə əqli sağlamlıq və intihar problemləri;hərəkətsizliyin yarada biləcəyi ürək probblemləri; artan işsizlik ve pisləşən həyat şərtlərinin sağlamlığa təsiri.

Bəzi mütəxəssislər əməliyyatların və xərçəng müalicələrinin gecikdirilməsinin də sağlamlığa mənfi təsir edəcəyini deyirlər.

Bristol Universitetinin araşdırmacıları isə daha bir problemə diqqət çəkirlər - uzunmüddətli təcrid erkən ölümlərin sayını azaltsa da, iqtisadi problemlərin davamlılığı orta yaş həddini qısaldacaq.

Ekspertlər iqtisadiyyatda 6,4% kiçilmə olacağını təxmin edir və bunu 2008-ci il maliyyə böhranı zamanı yaranmış vəziyyətlə eyniləşdirirlər. Onların təxmininə görə, həyat səviyyəsinin pisləşməsi və səhiyyə xidmətlərinin zəifləməsi orta ömür yaşını təqribən 3 ay azaldacaq.

Koronavirus: Nə dərəcədə narahat olmalı? Koronavirus: maskaları kim, harada və necə taxmalı? Böyük şəhərlərdə koronavirus: yoluxmadan yayınmaq olarmı?Koronavirus: onu ilk xəstəyə hansı heyvan yoluxdurub?

Bundan sonra nə olacaq?

Hazırda hökumətlər virusun yayılmasına mane olmağa çalışırlar. Pik nöqtədən sonra hansı addımların atılacağı da müəyyənləşdirilməlidir.

Virus özü məhv olmayacaq, peyvəndin hazırlanmasına isə ən azı bir il vaxt lazımdır. Ona görə də ən vacib və ən çətin məsələ virusu nəzarət altına almaqdır.

Virusdan qorunmaqla onun ikinci dəfə pandemiyaya səbəb olmasını əngəlləməyə yönəlik nəzarət tədbirləri arasında tarazılıq yaratmaq lazımdır. Eyni zamanda, ölkənin normal həyata dönməsi də təmin edilməlidir.

İtirilən və xilas edilən həyatlarla bağlı ümumi vəziyyət hansı qərarların daha doğru olduğunu göstərən əsas meyar olacaq.

Mənbə: www.bbc.com