Rizədə koronavirüs infeksiyasına yoluxan 2 tibb işçisi müalicə olunaraq sağaldılar

Rizədə koronavirüs infeksiyasına yoluxan 2 tibb işçisi müalicə olunaraq sağaldılar

Türkiyənin Rizə bölgəsində yeni tip koronavirus infeksiyasının müalicəsi zamanı virusa yoluxan 2 tibb işçisi müalicə olunduqdan sonra alqışlarla xəstəxanadakı işlərinə geri qayıdıblar.

Olaylar.az bildirir ki, Rəcəb Tayyib Ərdoğan Universiteti Təhsil və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsinin tibb işçisi 43 yaşlı ƏhmədUysal və infeksiya şöbəsinin tibb bacısı 35 yaşlı Dərya Yazıçı təxminən 15 gün əvvəl işlədikləri xəstəxanada Kovid-19 xəstəliyinin əlamətlərinin aşkar edilməsiylə əlaqədar müayinə edilib.

Müayinə zamanı analiz nəticələri pozitiv çıxan tibb işçiləri çalışdıqları xəstəxanada müalicə olunub. Təxminən 10 günlük müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşan Uysal və Yazıçı fədakarlıq nümunəsi göstərərək yenidən xəstəxanadakı işlərinə geri qayıdıblar. Tibb işçiləri xəstəxanadakı işlərinə qayıtdıqları ilk günyoldaşları tərəfindən alqışlarla qarşılanıb.

Tibb bacısı Dərya Yazıçı 10 gün əvvəl verdiyi analiz nəticəsinin müsbət olduğunu öyrəndiyini ifadə edərək, "Təbii ilk olaraq hər kəsin yaşadığı kimi bir panika yaşadım və qorxdum. Sonra isəmüalicəmə dərhal başlanıldı və qısa müddətdə sağlamlığımaqovuşdum. İndi özümü çox yaxşı hiss edirəm. Hər bir kəsə bu prosesin ümid olmasını istəyirəm. Lütfən qorxmayın və cəsur olun." - deyə bildirib.

Tibb işçisi Əhməd Uysal da əvvəl panika yaşadığını, xəstəxanadakı müalicə müddətini tamamladıqdan sonra özünü karantinə aldığını dilə gətirib: "İndi çox yaxşıyam və sağlamam. Dəstək olan hər kəsə çox təşəkkür edirəm." - deyib.

Mənbə: olaylar.az