Amerikalılar koronavirusun yeni simptomunu açıqlayıblar

Amerikalılar koronavirusun yeni simptomunu açıqlayıblar

Ens.az bildirir ki, həkimlər əvvəllər bilinməyən yeni simptom aşkar ediblər.

Amerikalı həkimlər koronavirus ilə yoluxmuş bəzi xəstələrin dərilərində səpmələr olduğunu müşahidə ediblər.

Beləliklə, koronavirusun simptomları siyahısına daha bir əlamət daxil edilib.

Kaliforniya Universitetinin dermatologiya professoru Rendi Cekobs, COVID-19-un dəridə səpmələr kimi də görünə biləcəyini bildirib.

Onun xəstəsi koronavirus diaqnozu ilə xəstəxanaya gətirilib və xəstəlik tarixçəsində bu yeni simptom tapılıb.

"Onun simptomları təxminən 10 gün əvvəl aşağı temperatur, burun tutulması ilə başlandı və daha sonra burun axması və nəfəs darlığı olmadan yaş öskürək oldu. Xəstə soyuqdəymə olduğunu düşünürmüş. Bir həftə sonra, budun ön hissəsinin bir tərəfində səpmələr olduğunu görüb. Bu, 24 saat ərzində müşahidə edildi və sonra tamamilə yox oldu. Bunlardan başqa, xəstə parlaq bir qırmızı hematuriya (sidikdəki qan) və ümumi zəiflik hiss edirdi "həkim deyib.

Ertəsi gün bu simptomlar yox oldu və quru bir öskürək, ağır zəiflik meydana gəldi və COVID-19 üçün test müsbət oldu.

Hazırda onun müalicəsi aparılır.

Həkim qeyd edib ki, oxşar simptomlar yalnız bu xəstədə qeydə alınmayıb. Həkimin həmkarları, koronavirus olan digər xəstələrdə də dəri səpintiləri olduğunu bildirir.

Qeyd edək ki, həzm pozğunluqları da koronavirusun başqa bir əlaməti olaraq qəbul edilib.

Londonun Kral Kollecindən olan alimlər isə dad və qoxu itkisini koronavirusun əsas əlamətləri adlandırırlar.

Mənbə: www.ens.az