İstanbulda koronavirusa yoluxanlar üçün xəstəxana tikilir

İstanbulda koronavirusa yoluxanlar üçün xəstəxana tikilir

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda koronavirusa yoluxanlar üçün yeni xəstəxana inşa edilir.

Trend-in məlumatına görə, xəstəxananın 45 gün ərzində tikilib istifadəyə verilməsi planlaşdırılır.

Xəstəxana mayın ortalarında istifadəyə verilə bilər.

Qeyd edək ki, Türkiyədə bu günədək 30 217 nəfər koronavirusa yoluxub, 649 nəfər vəfat edib.

Mənbə: az.trend.az