Koronavirusdan müalicə üçün dərmanı gələn həftə Rusiyaya gətiriləcək

Koronavirusdan müalicə üçün dərmanı gələn həftə Rusiyaya gətiriləcək

Rusiyada gələn həftə koronavirus infeksiyasından müalicə üçün "Favipiravir" dərmanının sınaq partiyası istifadəyə veriləcək...

Rusiyada gələn həftə koronavirus infeksiyasından müalicə üçün "Favipiravir" dərmanının sınaq partiyası istifadəyə veriləcək.

İnterAz xəbər verir ki, bunu Rusiya İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitryev "Birinci kanal"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu dərman Çində istifadə olunub və infeksiya ilə mübarizədə yaxşı nəticələr verib. İlk dəfə zərdab Yaponiyada hazırlanıb.

2014-cü ildəsatışına icazə verilib. İndi "Favipiravir"in sınaq partiyası Rusiya Federasiyasına çatdırılacaq.

"Artıq bir həftə sonra sınaq partiyası bizdə olacaq", Dmitryev deyib.

Mənbə: www.interaztv.com