Psixoloq: “Kişilər evdə yeyib-yatır”

Psixoloq: “Kişilər evdə yeyib-yatır”

“Ailə ilə emosional bağ qurulmalıdır. İnsan darıxmaq əvəzinə, bacardığı işi etməyi seçməlidir”.

Pravda.az-ın xəbərinə görə, bunu Psixoloq Vəfa Əkbər deyib.

V.Əkbər deyib ki, hazırda evdar xanımların üzərinə güc düşür, çünki kişilərin əksəriyyəti evdə yeyib-yatır, ümumi işə kömək etmirlər: “Belə olduqda evin xanımı çox gərgin olur, bu, uşaqlara da təsir edir. Yaxşı olar ki, hər kəs öz məsuliyyətini daşısın. Hər kəs öz istəklərini, tələbatlarını özü ödəməyə çalışmalıdır. Ümid edirəm ki, bir daha belə hal təkrarlanmayacaq. Bu zamanı daha faydalı keçirməliyik. Bu vaxt ərzində bir-birimizi, ailə üzvlərimizi tanımalıyıq, nələrdən xoşumuz gəlir, biz necə insanıq, fərqimiz nədədir - öyrənməliyik. Bunu oyun vasitəsilə, hansısa bir tapşırıq verərək əyləncəli hala gətirə bilərlər”.

Mənbə: pravda.az