Şamaxı Rəsədxanasının magistrantlarına dərslər distant şəkildə keçilir

Şamaxı Rəsədxanasının magistrantlarına dərslər distant şəkildə keçilir

Koronavirus pandemiyası ilə əlaqədar ölkə səviyyəsində karantin rejiminin tətbiqini, eləcə də AMEA-nın prezidenti Ramiz Mehdiyevin magistrantlar üçün distant təhsilin təkşili ilə bağlı müvafiq sərəncamını nəzərə alaraq Şamaxı Astrofizika Rəsədxanasında magistrantlar üçün dərslər distant qaydada təşkil olunur.

TED.az xəbər verir ki, rəsədxananın birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq qurumun aparıcı alimləri tərəfindən onlayn formada həyata keçirilir.

İkinci kurs magistrantlar isə distant yolla elmi-pedaqoji təcrübəyə cəlb olunub.

Bundan başqa, onların dissertasiya işlərinin yazılıb tamamlanması üçün elmi rəhbərləri tərəfindən mütəmadi olaraq telegörüşlər keçirilir.

Mənbə: ted.az