Jurnalistdən Sahil Babayevə MÜRACİƏT- Gerçək yardım etmək istəyirsinizsə...

Jurnalistdən  Sahil  Babayevə  MÜRACİƏT- Gerçək yardım etmək istəyirsinizsə...

Jalə Mütəllimova-Seyidli

Sosial müdafiə naziri Sahil Babayevi Real tv-dən izləyirəm, deyir müraciətlər çoxdur, saytlar yüklənib. On minlərlə müraciət yoxlanılıb, məlum olub ki, onların altmış faizi birdəfəlik dövlət yardımını haqq eləmir. Ekranın bu tərəfində üzümü gizlətməyə yer axtardım, nazirdən və dediyi sözdən utandım. Bizim nəfsimiz, daş çatladar. Cənab nazirə bilmirəm necə çıxım, necə izah edim ki, əziz qardaş, dəyərli insan, o ehtiyacı olan təbəqə heç ömründə kompüter görməyib, elektron sözünün e-sindən demək olar xəbərsizdir yazıqların çoxu. Bilmirəm necə deyim ki, Sahil müəllim, Prezident qarşısında çıxışlarınızı izləyirəm, sözbəsöz dinləyirəm, sizdən anladığım budur ki, dövlətin başçısı qarşısında ən aydın, ən sərbəst çıxış edən, ürəkli, cəsarətli adam təəssüratı bağışlayan iki-üç hökumət üzvündən birisIniz. Inanın ki, o yardıma ehtiyacı olanların əksəriyyəti bunu ala bilməyəcək, qoymayacaqlar. Və yenə yazıq, ehtiyaclı insanlar dövlətdən incik düşəcək. Gerçək yardım etmək istəyirsinizsə, Məşğulluq Idarələri acından günorta duran qapıları ev-ev tanıyır. Iki ay uzun müddətdir. Siz deyən kimi gözləmək imkanı yoxdur o qocaların, xəstələrin, işsizlərin, kasıbların. Kompüterləri, bilgiləri, bacarıqları heç yoxdur. Sizli- bizli elektronlaşmış həyata hazır vətəndaş yetişdirə bilməmişik. Düzü heç dövlət də buna hazır deyil. Bizim, sizin günahımızdan.

Mənbə: olaylar.az