Televiziyalar aktuallığını qoruyur - Reytinqlər yüksəlib

Televiziyalar aktuallığını qoruyur - Reytinqlər  yüksəlib

Dünya üzrə aparılan son statistik göstəricilərə görə, televiziya son zamanlar radio və hətta interneti də qabaqlayıb. Bunun da ekspertlərə görə, sadə bir səbəbi var. İnsan koronavirusla bağlı daha dəqiq və dolğun xəbərlər eşitmək istəyir. Bu isə telekanallarda efirə gedən bir çox ictimai-siyasi və maarifləndirici verilişlərin qərəzsiz xəbər çatdırmasıyla bağlıdır.

Dünya televiziya kanallarının izlənmə reytinqləri artıb. Bu, daha çox koronavirus pandemiyasının geniş yayılması ilə əlaqələndirilir. Belə ki, insanlar virusdan qorunmaq üçün evdə qaldıqlarına görə televiziya kanallarının baxılma göstəricisində də yüksəliş olub. Media mütəxəssislərinin qənaətincə, burda digər obyektiv səbəblər də var.

Mövcud stiuasiyada reytinqin artmasını şərtləndirən amillərdən biri də insanların maarifləndirməyə olan təlabatdırır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun sözlərinə görə, milli televiziyalarımz hazırda bu misiyanı peşəkarlıqla yerinə yetirməyə çalışırlar.

Sözsüz ki, dünyada televiziya kanallarının reytinqində qeydə alınan yüksəliş tendensiyası yerli telekanallardan da yan ötməyib. Hazırda milli televiziyaların kifayət qədər tamaşaçı auditoriyası var.

Xüsusui karantin rejimi olduğu üçün televiziyalar proqram siyasətinə də dəyişikliklər ediblər. Bu baxımdan Azad Azərbaycan televiziyası özünəməxsusluğu və çevikliyi ilə fərqlənir. Bütün hallarda ATV-də auditoriyanın maraqlarına uyğun proqram siyasəti həyata keçirilir.

Ümumilikdə isə televiziyalar mövcud vəziyyətdə günün tələblərinə uyğun fəaliyyət göstərirlər. Burada peşəkar komanda ilə yanaşı, yeni texnologiyaların tətbiqi də ön plana çıxır. Bütün bunlar isə koronovirusdan sonrakı dövrlərdə də telekanalların reytinq göstəricilərinin artması prosesinin davam edəcəyini deməyə əsas verir.

atv.az

Mənbə: www.atv.az