Tibbi maska: qoruyucu vasitə, yoxsa təhlükə mənbəyi?

Tibbi maska: qoruyucu vasitə, yoxsa təhlükə mənbəyi?

Koronavirusdan qorunmaq üçün ən çox müraciət edilən tibbi vasitə qoruyucu maskalardır.


Primetime.az türk mediasına istinadla xəbər verir ki, qoruyucu maskalar düzgün şəkildə istifadə edilməzsə, daha təhlükəli ola bilər. Buna görə də, bəzi məqamlara xüsusilə diqqət göstərmək lazımdır.


Qoruyucu maskalardan necə istifadə etməli?

- Tibbi maskaların burun, ağız və çənəni əhatə edən ön qisminə heç bir zaman toxunmaq olmaz. Təsadüfən toxunsanız, əllərinizi ən azı 20 saniyə sabun ilə ovaraq yumalısınız və ya antibakterialdan istifadə etməlisiniz.
- Tibbi maska istifadə zamanı çirklənərsə, nəmlənər və ya cırılarsa mütləq təcili şəkildə yenisi ilə əvəz edilməlidir.
- Tibbi maskalardan ortaq istifadə etmək qətiyyən olmaz.
- Tibbi maskanızın çirklənmədiyini düşünürsünüzsə belə ondan təkrar istifadə etmək olmaz. Bir tibbi maskanın ömrü 3 saat təşkil edir.


Maska necə taxılmalı?

- Maskanı taxmadan əvvəl əllərinizi sabun və su ilə 20 saniyə boyunca yaxşıca yumalısınız.
- Maskanın qatlı hissəsi çöldə qalmalı, metal hissəsi isə burnunuzun üzərində dayanmalıdır.
- Maskanı taxarkən, burnuzu və çənənizi əhatə etməli, kənarlardan hava alış-verişinin qarşısı alınmalıdır.


Maskanı necə çıxartmalı?

- Maskanın ön hissəsinə toxunmadan, diqqətli şəkildə çıxartmalısınız.
- Çıxartdığınız maskanı iplərindən və ya rezinlərindən tutaraq sellofan torbaya qoymalısınız və torbanın ağzını möhkəm şəkildə bağlayaraq evdən kənarda tutmalısınız.
- Maskanı çıxartdıqdan sonra əllərinizi su və sabun ilə 20 saniyə boyunca yaxşıca yumalısınız və ya antibakterial məhlullardan istifadə etməlisiniz.

Mənbə: primetime.az