Bakıda 15 gün karantində qalan jurnalist ordakı şəraitdən YAZDI

Bakıda 15 gün karantində qalan jurnalist ordakı şəraitdən YAZDI

Koronavirus təhlükəsi ilə əlaqədar martın 24-dən karantinə alınan jurnalist-yazar Dilqəm Əhməd evə buraxılıb.

Moderrn.az xəbər verir ki, D.Əhməd İstanbuldan qayıdan gündən Bakıdakı “Atletlər kəndi”ndə nəzarətdə saxlanılırdı.

15 gün “Atletlər kəndi”ndə karantində olmuş D.Əhməd otradakı şəraiti belə təsvir edib:

“İsti və rahat otaq, yumşaq yataq.
3 dəfə keyfiyyətli yemək, qəhvədan (istədiyin qədər su və çay)
Vi-Fi.
Mehriban həkim və xadimə kollektivi.
Müntəzəm maraqlanma, qayğı.
Ailədən boğçaya icazə.
Neçədə yatıb, neçədə durmana, ümumiyyətlə gün ərzində qarışanın yox.
Fədakar polis heyəti.
Məqsəd də odur ki, sən 14 gün (ehtiyac duyulsa 21) karantində qalasan ki, səndə virus varsa, başqasına keçirməyəsən".

Mənbə: modern.az