Pandemiya birgə mübarizə əzmini daha da gücləndirir

Pandemiya birgə mübarizə əzmini daha da gücləndirir

Hazırki məqamda nəhəng dünyamız sanki bir qonşu məhəlləyə bənzəyir. Heç kim indi nəzərdən yayına bilmir. Hər kəsin durumu və üzləşdiyi problemlər göz önündədir. Və elə buna görə də biz heç kimi nəzərimizdən kənarda buraxmamalıyıq. Bu çıxılmaz vəziyyətdə vəzifəmiz ehtiyaclılara, özlərini qoruya bilməyən kəslərə qayğı götərməkdir. Əgər yardım etmiriksə, bu, fəaliyyətimizdə problemlərə diqqətsiz yanaşmağımıza görədir. Bu da bizə olan etibarın sarsılması ilə nəticələnə bilər. Etibarsızlığımız isə “əgər sərvətim artarsa, hər kəsə xeyir verə bilərəm” kimi yanlış inancımızdan irəli gəlir. Bu inancın reallığa söykənmədiyini və insan xoşbəxtliyinin bütün normalarına zidd olduğunu göstərmək üçün oyanmaq vaxtı gəldi. Xoşbəxtliyimiz, bir birimizə maddi və psixoloji dəstək olmaq, bir-birimizdən ayrılmamaq və bir-birimizlə bölüşməkdə dayanır.

Bundan əlavə, biz əvvəlki qurduğumuz yanlış iqtisadi modellər, səhiyyə sahəsindəki laqeyid yanşmalar və digər idarəetmədə buraxdığımız xətalar nəticəsində yaranan külli miqdarda ziyanın bərpa yollarını düşünməliyik.

Gələcək günlərimizi aşağıdakı şəkildə planlaşdırırıq: bu yay mövsümündə "Məqsədli Yay" devizi altında çalışmağa davam edəcəyik.

Dünyada baş verən həqiqətlərdən xəbərdar olmaq üçün ÜST və BMT-nin verdiyi məlumatları daim izləməliyik. İyun ayının sonunda, təxirə salınan Super Xoşbəxtlik Festivalının köhnə tarixlərində sizlərlə birlikdə "Yeni Sivilizasiya" qurmaq üçün kampaniyaya başlamanın uyğun olub olmadığını qlobal vəziyyəti təyin edərək qiymətləndirəcəyik. Biz, birgə düşüncə və fikirlərlə yenidən sizə müraciət edəcəyik. Buna görə də 26-29 iyun, 2020-ci il tarixlərinin hələ də təxirə salınmış olaraq qaldığını nəzərə alıb, ölkələrdəki vəziyyəti bir-bir öyrənmək üçün həmin tarixlərdə virtual olaraq hər hansı bir ideya üzərində bir araya gəlməyinizi istərdim. Əgər bu barədə fikriniz olarsa, qeyd edim ki, bunu icmalar daxilində, eləcə də qlobal səviyyədə rol bölgüsü yaradaraq etməliyik.

COVID-19 pandemiyası artıq bütün dünyaya öz təsirini göstərib. Bu pandemiya tam sona çatana qədər biz səhiyyə, qlobal qərar qəbuletmə və qlobal maliyyə sistemlərimizdə, eləcə də, mübarizə mexanizmimizlə yanaşı həyatımızın bir çox aspektində bütün zəif cəhətlərimizi açıq-aydın görəcəyik. Və hətta, iyun ayının sonuna qədər gördüyümüzdən daha çox şey görəcəyik. Hər hansı bir yanlış tərtib edilmiş nəhəng bərpa proqramlarını nəzərdən keçirməzdən əvvəl, ümumi anlayışımızı müəyyənləşdirmək, proqramlarımızı və siyasətimizi inkişaf etdirmək fürsətindən istifadə etməliyik.

Korona böhranını yaxın gələcəkdə sadəcə xoşagəlməz bir hadisə kimi yaddaşlardan silib təmizləməyə çalışmalıyıq. Bu ili təfəkkürümüzdə və hərəkətimizdə tektonik sürüşmə ili kimi qeyd etməliyik. 2020-ci ilin bu ağır təcrübəsi bizə özümüzü yenidən toplamaqda mənəvi güc və iradə verməlidir. Düşünürəm bu pandemiya bizlərdə mübarizə əzmini daha da gücləndirir.

Biz 2020-ci ili bəşər övladı üçün yenidən dünyaya gəlmək ili kimi də qeyd etməliyik. Biz bu günü bir zaman xatirələrdə xəzinə kimi qiymətləndirəcəyik. İnşallah bundan sonra uzanan gecələr və gündüzləri oturub dünyamız üçün yalnız gözəl gələcəyi düşünmənizi arzu edirəm.

Bu ərəfədə isə, öz sağlamlığınızla yanaşı, ətrafınızdakıların da sağlamlığını qoruyun. Xüsusən qocalara və yaxınlığınızdakı yoxsul ailələrə ərzaq yardımı edin. Hər zaman birliyi və əlaqəni qoruyub saxlayın. Çalışaq hər zaman tək olmadığımızı bir-birimizə inandıraq.

Professor Məhəmməd Yunus

Nobel mükafatı laureatı

EDNews

Mənbə: ednews.net