Operativ Qərargah: Karantin rejiminin uzadılması hadisələrin gedişatından asılıdır

Operativ Qərargah: Karantin rejiminin uzadılması hadisələrin gedişatından asılıdır

"Dinamika qalarsa karantin müddəti nəinki uzadıla bilər, hətta vəziyyət daha da sərtləşdirilə bilər".

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

"Bu xəstəliyin xüsusiyyəti, nəticələr onu göstərir ki, karantin rejiminə əməl edilmir. Belə olan halda qaydalar sərtləşdirilə bilər. Saxta icazələrlə küçələrdə dolanan insanların çox olması onu göstərir ki nəinki, karantin rejimi ləğv edilə bilər. Bu şərtlərə əməl etməsək qaydalar sərtləşə bilər. Şərtlərə əməl etsək əksinə olacaq. 63 sağalma faktı var. Mayinələr sürətləndirilib, özünütəcrid sürətləndirilib. Yüksək keyfiyyətli testlər alınıb. Azərbaycan dövləti qiymət nəzərə allnmadan yüksək keyfiyyətli testləri alıb. Onların kifayət qədər qiyməti var".

Mənbə: www.realtv.az