Operativ Qərargah: Süni tənəffüsə keçən xəstələrin sayı çox olsa acı nəticələr olacaq

Operativ Qərargah: Süni tənəffüsə keçən xəstələrin sayı çox olsa acı nəticələr olacaq

"Vətəndaşlarımız karantin rejiminə düzgün əməl etməsələr daha sərt tədbirlərin görülməsi üçün Operativ Qərargaha müraciət etmək məcburiyyətində qalacağıq."

REAL-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

"Koronavirusa 30, 60-a yaxın simptomsuz yoluxmalar var. Vətəndaşlarımız 2-3 həftə səbr etsələr, yoluxma zəncirini qırsaq rahatlıqla öz əvvəlki rejimimizə dönəcəyik. Biz hazırlıqlarımızı görmüşük. Bunun üçün 22 tibb müəssisəsi ayrılıb. Bakı şəhərindən, rayonlardan təcrübəli mütəxəssislər cəlb olunub. Xüsusi qrafiklər üzrə qruplar yaradılıb. 22 tibb müsəssisəsində süni tənəffüs cihazları analiz edilib. Çatışmazlıqlar aradan qaldırlıb. Bakıda xüsusi təlimçilər yaradılıb. Bizi nə qədər çarpayı gözləyir bu barədə əlimizdə bütün planlar var. Xəstəliyin qarşısının alınması daha mühümdür. Süni tənəffüsə keçən xəstələrin sayı çox olsa acı nəticələr olacaq. Bu halda ölümlər çoxalır. Ağciyərlər zədələnir bu halda. İkincili xəstəliklər də bu prosesə qoşulduqda ikincili ağırlaşamalar olur və o xəstələrin həyatını xilas etmək olmur. Biz əhalini bu gün qoyulmuş qaydalara əməl etməyə çağırırıq. 105 nəfər arasında həddindən artıq 1 kritik vəziyyətdə olan xəstə var. Onkoloji xəstədir. Astma xəstələri xəstəliyi çox ağır keçirirlər. İki yaşdan başlamış 89 yaşa qədər olan patsientlərimiz var. Gənclər arasında da xəsətəliyin ağır keçməsi aşkarlanıb. 24 saat rejiminə çalışan həkimlərimiz var. Bu mübarizəyə vətəndaşların ən böyük töhfəsi karantin rejiminə əməl etməsidir".

Mənbə: www.realtv.az