Ramin Bayramlı: "Qan ehtiyatı var, amma donorların sayı azaldığı üçün narahatıq"

"TƏBİB hazırda paralel olaraq digər xəstəliklərin idarə olunması ilə də məşğul olur. Qan ehtiyatı da talassemiya xəstəliyində, hemotoloji, onkoloji xəstəliklərdə, cərrahiyyə əməliyyatlarında mühüm amildir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O deyib ki, hazırda qan ehtiyatı var, amma donorların sayı azaldığı üçün narahatdırlar: "Ona görə də müvafiq maarifləndirici materiallar hazırlamışıq ki, burada axsama olmasın. Fürsətdən istifadə edib, donorlara müraciət edirəm. Humanist mövqelərini davam etdirsinlər ki, qarşıda sıxıntı olmasın. Onların təhlükəsizliyi üçün bütün şərait yaradılıb, hər hansı infeksiya ilə qarşılaşmayacaqlar. Biz üzərimizə düşən işləri görürük, amma könüllü donorlardan çox şey asılıdır, donorları yenə də qanvermə ilə bağlı əməkdaşlığa dəvət edirəm".

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Qara dəliyin görüntüsü yayıldı - Video

SONRAKI XƏBƏR

Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma mövcuddur - RƏSMİ