Bu gün ölkəmizdə koronaya görə 3 min test edilib - Sədr

Bu gün ölkəmizdə koronaya görə 3 min test edilib - Sədr

Test nümunələri sahə həkimləri, xüsusi yardım briqadaları tərəfindən götürülür. Bu gün 3 mindən çox test edilib, ümumilikdə isə bu rəqəm 53 mindən artıqdır.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın mətbuat konfransında deyib.

"Bu testlər müraciətlərin və laboratoriyaların sayı ilə əlaqədardır. Bu gün ölkənin bütün rayonları və paytaxtda testlər götürülür. Testlər regionlardan laboratoriyalara daşınır. Bu asan proses deyil. Virus təhlükəsi olduğu üçün daşınma prosesinə xüsusi diqqət olunur", - R.Bayramlı qeyd edib.

Prezidentin köməkçisi Hikmət Hacıyev isə bildirib ki, ÜST-ün baş direktoru testlərin tətbiqini xüsusi qeyd edib:

"Bizim testlərin tətbiqi arealımız genişləndirilib. Bu gün testlərdən istifadəyə görə ölkəmiz 33-cü yerdədir. Rəqəmlərin artması vətəndaşlarla narahatlıq doğura bilər. Bu, testlərin tətbiqindən asılıdır".

Mənbə: axar.az