Azərbaycanda gün ərzində icra edilən testlərin sayı açıqlanıb

Azərbaycanda gün ərzində icra edilən testlərin sayı açıqlanıb

"Gün ərzində icra edilən testlərin sayı 3 000-4 000 arasıda dəyişir".

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müraciətlərin sayına və işləyən cihazların dezinfeksiyasına görə müəyyən fasilələr olur: “Amma biz azalma baş verməməsi üçün əlavə resurslar cəlb etmişik və kadrlar hazırlanıb. Biz laboratoriyalarımızın artmasına görə hədəfi 5000-ə çatdıracağıq”.

Mənbə: report.az