Yoluxma təhlükəsi daha çox bu ərazilərdədir

Yoluxma təhlükəsi daha çox bu ərazilərdədir

Böyük şəhərlərdə və ünsiyyətin çox olduğu yerlərdə təhlükə daha böyükdür. Xüsusilə Bakı və Sumqayıtda yoluxma təhlükəsi çoxdur.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın mətbuat konfransında deyib.

"Xəstəliyə yoluxanların sayı Bakı üzrə üstünlük təşkil edir. Yoluxmanın qarşısını almaq üçün bizim üzərimizə böyük məsuliyyət düşür. Virusun aşkara çıxarılması, diaqnozu çox ağırdır. Əgər laboratoriyalarda kiçik diqqətsizlik olarsa, tibb işçiləri təhlükə altına düşür. Tibb müəssisələrinin resurslarını səmərəli istifadə etmək, tibb işçilərini qorumaq üçün qaydalara əməl etmək lazımdır.

Vətəndaşlardan insanların sıx olduğu yerlərdə sosial məsafəni qorumağı xahiş edirik". - o bildirib.

Mənbə: www.ens.az