82 yaşlı azərbaycanlı koronavirusdan sağalıb

82 yaşlı azərbaycanlı koronavirusdan sağalıb

Bu gün Azərbaycanda koronavirusa yoluxanlar arasında 2 yaşından 90 yaşına qədər xəstələr var. Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sağalanlardan biri 82 yaşındadır: "Sağalma orqanizmin virusa cavabından asılıdır. Dünya təcrübəsi göstərir ki, yanaşı gedən xəstəlikləri olanlar vəfat edir. Ölənlər əsasən onkoloji, ürək çatışmazlığı, revmotoloji xəstəlikləri olan, içdikləri dərmanların əlavə təsirləri yüksək olan xəstələrdir”.

Aytən Zəhra

Mənbə: azvision.az