Çinə qarşı daha bir saxtakarlıq ittihamı: 200 min cəsəd torbası sifariş olunub - Video

Çinə qarşı daha bir saxtakarlıq ittihamı: 200 min cəsəd torbası sifariş olunub - Video

Çin koronavirusa görə çox ittiham olunur. Birincisi, Asiya dövlətini virusa bilərəkdən və ya məsuliyyətsizlikdən yaymaqda günahlandırırlar. İkincisi, Çini pandemiya qurbanları ilə bağlı gerçək rəqəmləri gizlətməkdə qınayırlar.

Bizimyol.info xəbər verir ki, Çinə qarşı növbəti belə ittiham səsləndirilib. Avtoritar rejimin koronavirusdan ölənlərin sayını çox gizlətməsi müzakirə predmetinə çevrilib. Çinin Tayvandan 200 min cəsəd torbası sifariş etdiyi bildirilir. Tayvan telekanallarından birində bu məsələ haqda danışılıb. Sosial şəbəkələrdə bununla bağlı video paylaşılıb.

Bir müəddət əvvəl Böyük Britaniyanın məşhur “Daily Mail” qəzeti Çində ölənlərin sayının 40 mini keçdiyini yazmışdı. Nəşrin iddiasına görə, hər gün 500 qurbanın evinə ölənin külü göndərilir.

Koronavirus ilk dəfə Çində dekabrın 11-i aşkarlanmışdı. Asiya ölkəsi indiyə qədər cəmi 3333 nəfər itki verdiyini bildirir. Rəsmi statistikada Çində 81 min 802 nəfərdə virus aşkarlandığı qeyd olunur.

Corona virüsünden ülkede 3.326 kişinin öldüğünü açıklayan Çin hükümeti Tayvan'dan acil 200 bin ceset torbası sipariş etti! pic.twitter.com/sZCl0GWEg3

Mənbə: www.bizimyol.info