Ölkəmizdə koronaya yoluxanların yaş qrupu...

Ölkəmizdə koronaya yoluxanların yaş qrupu...

2 yaşdan 90 yaşa qədər yoluxma faktı qeydə alınıb. Sağalanlar arasında 82 yaşlı xəstə də var.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın mətbuat konfransında deyib.

"Bu, xəstənin immunitet sistemindən asılıdır. Orqanizmin cavabından asılı olaraq xəstəliyin inkişafı fərdi xüsusiyyət daşıyır. Yanaşı xəstəlikləri olanları xilas etmək çətin olur", - R.Bayramlı qeyd edib.

Mənbə: axar.az