Etdiyi hər yaxşı əməl onu daha da xoşbəxt edir - Kamil Zeynallı insanlıq dərsi keçir

Etdiyi hər yaxşı əməl onu daha da xoşbəxt edir - Kamil Zeynallı insanlıq dərsi keçir

Koronavirus pandemiyasının yaratdığı fəsadlarla əlaqədar Azərbaycanda bəzi ailələrin təminatında problemlər yaranıb. İdmançı Kamil Zeynallı onlarla belə ailəyə yardım edərək ətrafındakıları da bu işə həvəsləndirməkdə davam edir.

KONKRET.az xəbər verir ki, Kamil Zeynallı Sumqayıtda yaşayan, günəmuzd işləyən Aygün xanımın səsinə səs verərək körpələrinə ərzaq və bir sıra yardımlar edib.

Bu gün isə o, ailə üçün soyuducu və televizor da alıb aparıb.

Kamil Zeynallını etdiyi yaxşılıqlara görə qınayan, onu özünü reklam etməkdə ittiham edən bir qrup dünyadan xəbərsiz insan var. Onlar bilməlidir ki, bu gün biz dövlətimizə dəstək olaraq xalqımızın yanında olmalı, ehtiyac sahiblərinin dərdinə dərman olmalıyıq. Əgər bunu bacarmırıqsa, bacaran şəxsləri lazımsız sözlərlə küsdürməyək! Əksinə, onlara bu addımları üçün sonsuz təşəkkür etməliyik! Çünki onlar bizim etmədiklərimizi edirlər. Əsas olan odur ki, edilən hər yaxşılıq Azərbaycan insanı üçün edilir. Hər şeyi dövlətdən gözləmək düz deyil, dövlətimizə dəstək olmaqla bərabər insanların yardımına çatmalı, səslərinə səs verməliyik.

Cənab Prezidentin də dediyi kimi #bizbirlikdəgüclüyük!

Mənbə: konkret.az