"Evdə qalaq, bilgi alaq” kampaniyasında növbəti müzakirə - "Koronavirusla bağlı tibbi maarifləndirmə"

"Evdə qalaq, bilgi alaq” kampaniyasında növbəti müzakirə - "Koronavirusla bağlı tibbi maarifləndirmə"

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Real TV ilə birlikdə keçirdiyi “Evdə qalaq, bilgi alaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyası çərçivəsində canlı yayımda növbəti ictimai müzakirə təşkil olunacaq.

Musavat.com xəbər verir ki, Cərrah, onkoloq, psixoloq İbrahim Əsədlinin moderatorluğu ilə "Koronavirusla bağlı tibbi maarifləndirmə" mövzusunda keçiriləcək ictimai müzakirədə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri Sveta Rafiyeva, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgul Abdiyeva və Yoluxucu Xəstəliklərlə Mübarizə İctimai Birliyinin sədri Fikrət Xəlilov çıxış edərək fikirlərini bildirəcəklər. Həmçinin, vətəndaşların suallarını cavablandıracaqlar. Canlı yayımda tibb sahəsinin mütəxəssisi olan digər şəxslər də iştirak edəcək.
https://us04web.zoom.us/j/237308479

Mənbə: cia.az