Beynəlxalq neonasist qrupunun 13 yaşlı "lideri" saxlanıldı

Beynəlxalq neonasist qrupunun 13 yaşlı "lideri" saxlanıldı

Estoniyanın təhlükəsizlik polisi Feuerkrieg Division (FKD) beynəlxalq neonasist qruplaşmasının yaradıcısı və rəhbərlərindən birinin şəxsiyyətini müəyyənləşdirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, Estoniyanın kiçik şəhərində yaşayan 13 yaşlı məktəblidir. Qanuna görə o uşaq sayılır, ona görə cinayət məsuliyyəti daşımır. Polisdə qeyd edirlər ki, o, məktəbə gedir və dərs davamiyyəti normaldır.

13 yaşlı məktəbli FKD-ya onlayn rəhbərlik edib və “fürer”in sifəti bağlı olduğundan gənc yaşda olduğu heç kimdə şübhə doğurmayıb. Öz fəaliyyətini ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Litva, Polşa, Xorvatiya, Niderland, Latviya, Estoniya və digər ölkələrdə göstərən qruplaşmanın üzvlərinin əksəriyyətinin yaşı 20-dən aşağı olub.

Məlumatda qeyd edilir ki, FKD üzvləri partlayıcı qurğuların istehsalı və silah dəyişiklikləri üçün təlimatlar mübadiləsi aparıblar.

Qrupun əsas fəaliyyəti təbliğat afişaları və səhifələrinin yayılması idi, lakin "Estoniyalı Fürer" bununla məşğul olmayıb.

Mənbə: lent.az