Koronavirus müalicəsində ümidverici inkişaf - 10 xəstə sağalma mərhələsindədir...

Koronavirus müalicəsində ümidverici inkişaf - 10 xəstə sağalma mərhələsindədir...

Çində həyata keçirilən bir araşdırma plazma müalicəsi ilə bağlı ümid verici nəticələr ortaya qoyub.

Araşdırmaya görə, sözügedən üsulla müalicə edilən 10 xəstənin sağalma mərhələsində olduğu bildirilib.

Moderator.az xəbər verir ki, koronavirus ilə bağlı peyvənd çalışmaları davam edərkən elm adamları sağalan xəstələrin qanından müalicə məqsədi ilə istifadə etməyə başlayıb. Elm adamlarının sözlərinə görə, antikor müalicəsi tətbiq edilən xəstələrdə simptomların azaldığı, oksigen səviyyəsinin artdığı və infeksiyadan təmizlənmə prosesinin sürətləndiyi bildirilib.

Açıqlamaya görə, xəstəxanaya qızdırma, öskürək, döş qəfəsində ağrı və nəfəs darlığı şikayətləri ilə müraciət edən 46 yaşlı bir xəstəyə plazma müalicəsi tətbiq edilib. Qanındakı oksigen səviyyəsi tamamilə azalan xəstəyə 11 gün plazma müalicəsi tətbiq edilib və iki gün sonra xəstənin qanındakı oksigen səviyyəsi 90 fazi artıb. Sözügedən xəstənin vəziyyəti üç gün içərisində tənəffüs aparatına ehtiyac olmayacaq hala gəlib.

Diqqət çəkən başqa bir nəticə isə 12 gün sonra xəstənin koronavirus testinin mənfi çıxması olub.

Kamran

Mənbə: moderator.az