Razi Nurullayev: “Deputatların iş otağında kamera quraşdırılmalıdır”

Razi Nurullayev: “Deputatların iş otağında kamera quraşdırılmalıdır”

“Hər bir deputatın iş otağında kameralar quraşdırılmalıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, cəmiyyətdə bir sual var – “deputat hara baxır?”

R.Nurullayev onu da qeyd edib ki, deputatların səlahiyyətləri artırılmalıdır.

“Deputatların səlahiyyətləri artırılsa, onlar seçicilərin problemlərini daha asan şəkildə həll edə bilərlər”, - deyə R.Nurullayev əlavə edib.

Aqşin Kərimov

Mənbə: www.oxu.az