Google ölkələrin karantin rejiminə necə əməl etdiyini açıqladı - Hesabat

Google ölkələrin karantin rejiminə necə əməl etdiyini açıqladı - Hesabat

Google pandemiya günlərində ictimai hərəkətliliyin necə dəyişdiyini göstərən hesabat yayımlayıb.

Yayınlanan hesabata görə, ən çox ticarət və əyləncə məkanlarına gedən ABŞ vətəndaşları olub. Hollandiya ən çox işə gedən ölkə olsa da, İtaliyanlar ən çox evdə qalanlar olub. Ən az ictimai nəqliyyatdan istifadə edən ölkə isə İspaniyadır.

Google, dünyanı təsiri altına alan koronavirüs epidemiyasına görə ictimai məsafə və ev karantinası tətbiqlərinin yoğunlaştırıldığı bu dövrdə, insanların hərəkətlilik fəaliyyətlərini göstərən bir hesabat təqdim edib. "Covid-19 İcma Hərəkətliliyi" hesabatı, koronavirüs ilə mübarizə etməyi məqsəd qoyan tətbiqlər sonrası dəyişən ictimai hərəkətliliyi göstərir.

ABŞ, epidemiyaya baxmayaraq çölə çıxmağa davam edir

Hesabata görə, alış-veriş və əyləncə sahələrindən ən az istifadə edən ölkələr cəmiyyət hərəkətliliyində 94 faiz azalma ilə İspaniya və İtaliya oldu. Epidemiya səbəbiylə alver və əyləncə sahələrinə daha seyrək gedən Türkiyənin cəmiyyət hərəkətliliyi yüzdə 75 düşdü. ABŞ, əksinə, icma hərəkətlərində 47 faiz azalma ilə ticarət və əyləncə sahələrinə gedir.

İspaniya ictimai nəqliyyatla ehtiyatla davranır

Hesabata görə, ictimai nəqliyyatdan istifadəni minimuma endirən ölkə, icma hərəkətliliyində 88 faiz azalma ilə İspaniyadır, hərəkətlilik nisbəti 51 faiz olaraq elan edilən ABŞ pandemiya günlərində ictimai nəqliyyatdan ən çox istifadə edən ölkələr arasında yer alıb. Türkiyənin kütləvi nəqliyyata istifadəsindəki hərəkətlilik nisbəti isə 71 faizdir.

İtaliyanın parklarda hərəkətliliyi 90 faiz azalıb

Baharın gəlməsi ilə parklarda və bağlarda vaxt keçirmək cazibədar görünsə də, mövcud vəziyyət bu həvəsin bir müddət təxirə salınmalı olduğunu göstərir. Bu məsələyə ən çox həssas olan ölkə, epidemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri olan İtaliya idi. 90 faiz geriləyən İtaliyanı 89 faizlə İspaniya, 82 faiz ilə Fransa izləyir.

Hollandiya evdən işləmək əvəzinə ofisə getməyi seçdi

Hesabata görə İspaniyada iş nisbəti 64 faiz azalıb. Türkiyənin iş yerlərindəki hərəkətliliyi yüzdə 45 azalarkən, Hollandiya yüzdə 35-lik hərəkətlilik nisbətiylə ən çox işə gedən ölkə olaraq hesabatda yer alıb.

Ən az bazara və aptekə gedənlər İtaliyanlardır

Karantin günlərində bazara və apteklərə getməyə bəzən məcbur qalsaq da, mümkün qədər az evdən çıxmaq riskin minimuma endirilməsinin açarıdır. Bu mövzuda ən ehtiyatlı ölkə, bazar və aptek istifadəsini 85 faiz azaltmış İtaliyadır. Türkiyənin market və əczaçılıq istifadəsində isə yüzdə 39 azalma olduğu görülür.

#Evdəqal nəticələri də açıqlanıb

Hesabata görə, 16 fevral və 29 mart arasında ev karantini və təcridini ən çox tətbiq edən ölkə İtaliya oldu, burada evdə qalma nisbəti 24 faiz artdı. İspaniyanın yüzdə 22 ilə evdə qalma nisbəti yüksələrkən Türkiyənin evdə qalma nisbəti yüzdə 17 yüksəldi.

Mənbə: moderator.az