#EVDƏQAL – həkimin özün ol – 5 TƏTBİQ

#EVDƏQAL – həkimin özün ol – 5 TƏTBİQ

Dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə aparmağın ən effektiv yolu insanlarla ünsiyyəti minimuma endirmək, yəni evdə qalmaqdır.
Gününün çox hissəsini restoranlarda, əyləncə mərkəzlərində, park və digər müxtəlif istirahət məkanlarında keçirənlər üçün evdə qalacağını düşünmək sıxıcı gələ bilər. Amma əslində işə tələsmədiyimiz və bütün çöl-bayır qayğılarından azad olduğumuz üçün əlimizə düşən bu bol asudə zamanı biliklərimizi zənginləşdirməklə keçirə bilərik.
İlk növbədə karantin günlərində tibbi biliklərimizi zənginləşdirməklə evdə xəstələnərkən ilkin yardımlar etməyi öyrənmiş olarıq.
TED.az olaraq bu nüansı nəzərə alıb yararlana biləcəyiniz 5 tibbi tətbiqi təqdim edirik:
1. Təzyiq ölçmə

Çoxumuzun rastlaşdığı problemlərdən biri təzyiq xəstəliyidir. Bəs təzyiqi necə ölçmək lazımdır, bilirikmi? Bunun üçün BURAYA
Əgər evdə təzyiq ölçən aparat yoxunuzdursa, bunu tətbiq vasitəsi ilə də həll edə bilərsiniz

2. Xəstəliklərin beynəlxalq təsnifi

Bu tətbiq Səhiyyə Nazirliyi tərəfindən Xəstəliklərin Beynəlxalq Təsnifatı əsasında hazırlanıb. Proqram həm də həkimlərin işinə yararlıdır. Tətbiqin hazırlanmasında məqsəd, diaqnoz qoyarkən həkimlərin XBT-dən operativ və rahat istifadəsi üçündür.

3. Xalq təbabət

Bu tətbiq rusdilli şəxslərin işinə daha çox yarayacaq. Tətbiq vasitəsi ilə evdə sağlamlığınızı qoruya və geniş biliklər əldə edə bilərsiniz.

4. Hamiləlik bələdçisi

Bu tətbiq daha çox ana olmağa hazırlaşan qadınlar üçün əhəmiyyətli olacaq. Tətbiqdə həkimlərin gündəlik hamiləliklə bağlı məqalələrini oxuya və bu dönəmdə düzgün qidalanmanızı təmin edə bilərsiniz.

5. Tibbi terminoloji lüğət

Bu tətbiq vasitəsilə həkiminizin sizin üçün dediyi tibbi terminləri, xəstəliyinizin tam olaraq nə olduğunu, hansı tədbirləri görməli olduğunuzu öyrənə bilərsiniz.

Nuranə DAXİLQIZI

Mənbə: ted.az