Plastik əlcəklər virusdan qorunmaq üçün nə qədər etibarlıdır? - professordan açıqlama

Plastik əlcəklər virusdan qorunmaq üçün nə qədər etibarlıdır? - professordan açıqlama

Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün bir sıra vasitələrdən istifadə olunur.

Türk Təbiblər Birliyi COVID-19 izləmə qrupu koronavirusdan qorunmaq üçün əlcəklərin vacib məqamlar xaricində istifadəsinin təhlükəli olacağını açıqlayıb.

BiG.AZ "MediaPost"-a istinadən xəbər verir ki, infeksion xəstəliklər üzrə mütəxəssis, professor Məlahət Cengiz virusa qarşı istifadə edilən tibbi əlcəklərlə bağlı fikirlərini mətbuata açıqlayıb.

O, bildirib ki, əlcəklər yalançı təhlükəsizlik hissi yaradır: "Zibil yığılan zaman və ya hansısa kirli səthə əlmizi vurduqda əlcəkdən istifadə etmək olar. Bunun xaricində əlcəklərdən istifadə olunmamalıdır. Çünki virus plastik materialda daha uzun müddət qalır. Çirklənmiş əlcəklərlə marketə getdiyinizi düşünün. Əlinizi vurduğunuz hər şeyi çirkləndirmiş olacaqsınız".



Professor maskalarla bağlı məsələyə də münasibət bildirib: "Maskalar tənəffüs yolarımızı infeksiya və çöldəki mikroblardan qoruyur. Əlbəttə ki, istifadəsi vacibdir. Lakin gün ərzində insana 5-dən artıq maska lazımdır. Çünki maska 3 saat sonra öz qoruyucu funksiysını itirir. Virusdan qorunmaq üçün əlcək və maskanızı çölə yox, zibil qablarına atın".

 

Mənbə: big.az