“Yaşlı olmasından istifadə edərək, anamın evini başqa şəxsə verdilər” - VİDEO

“Yaşlı olmasından istifadə edərək, anamın evini başqa şəxsə verdilər” - VİDEO

Məcburi köçkünlərin sosial problemlərinin həllinə indiyədək ümumilikdə 7,7 milyard manata yaxın vəsait sərf olunduğu bildirilsə də, bu gün də yaşayış tərzi çox pis olan məcburi köçkün və qaçqınlar var. Doğrudur, ölkənin müxtəlif şəhər və rayonlarında onlar üçün evlər tikilib və bu, davam etməkdədir. Ancaq ağır yataqxana şəraitində, uçuq-sökük daxmalarda yaşayanlar da az deyil. Əslində, dövlətin məcburi köçkünlərin sosial problemlərinə sərf etdiyi vəsait kifayət qədər böyük vəsaitdir. Bu vəsaitin qarşılığında gərək, indiyə kimi ölkədə heç bir məcburi köçkün və qaçqın evsiz qalmayaydı, yaxud pis şəraitdə yaşamamaydı. Amma görünən odur ki, indiyə qədər məcburi köçkün və qaçqınlara xərcləndiyi qeyd olunan bu vəsait tam şəkildə onların problemlərini əhatə etməyib. Çox güman ki, bu vəsaitin müəyyən hissəsi mənimsənilib. Əslində, bu vəsaitin şəffaf xərclənmədiyi ortadadır. Çünki bu, məcburi köçkün və qaçqınların mətbuatda yer alan şikayətlərində də özünü aydın göstərir. Hətta dəfələrlə vurğulanıb ki, dövlətin məcburi köçkün və qaçqınlara tikdiyi evlər rüşvətlə paylanılır. Tutaq ki, 1 otaqlı ev üçün 5000 min, 2 və 3 otaqlı mənzillər üçün 10-15 min rüşvət alınır. Hətta deyilənlərə görə, elə məcburi köçkün ailəsi var ki, 2-3 mənzil alıb, ancaq imkansız ailələr heç birini də ala bilməyib, o ailələrin yaşayış tərzinə laqeyd yanaşılıb. Belə hala görə də Tərtərdə yaşayan məcburi köçkün Vüsal Zeynalov sosial şəbəkə üzərindən prezident İlham Əliyevə ünvanladığı video müraciətdə rayon rəhbərliyindən, "Qaçqınkom”un nümayəndəsindən şikayət edib.

V. Zeynalov ölkə başçısına müraciət edərək 84 yaşlı xəstə anası ilə birlikdə yaşadığını bildirib: "Cənab prezident, Siz 2017-ci il Tərtər rayonun Şıxarx qəsəbəsində qaçıqınların yaxşı yaşaması üçün gözəl binalar tikilməsi üçün sərəncam vermişdiniz. Amma Tərtər rayon icra başçısı Müstəqim Məmmədov, onun müavini Abbas Cavadov, Tərtər rayon "Qaçqınkom”un rəhbəri Fərhad Nəzərov və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsini rəhbəri Rövşən Rzayevin işçisi Natiq Hüseynov 84 yaşında anam-Zeynalova Maya Firudin qızının evini yazıb, ancaq onu aldatdılar. Anamın yaşlı olmağından istifadə edərək, onun evini başqa şəxsə verdilər. Bina 6, mənzil 7, ikinci mərtəbə 2 otaqlı mənzil fakt mənim anama düşürdü”.

 

V.Zeynalov ölkə başçısından onun ailəsinə kömək edilməsini xahiş edir.

Mənbə: www.7news.az