Karantindən evə buraxılan tələbədən məktub: “Gələn dəfə “Relax”a istirahət üçün gəlmək ümidi ilə...” - VİDEO

Karantindən evə buraxılan tələbədən məktub: “Gələn dəfə “Relax”a istirahət üçün gəlmək ümidi ilə...” - VİDEO

"Aprelin 8-də "Relax" istirahət mərkəzində karantin rejimini başa vuran 76 nəfər evə buraxılıb".

Bu fikirləri Modern.az-a Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev bildirib.

Baş həkimin sözlərinə görə, evə buraxılanlar arasında tanınmış azərbaycanlılar da var:

"Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Lalə Zeynalova, Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Rəsul Məmmədov, voleybol yığmasınin üzvü Marqarita Əzizova evə buraxılıblar. Hətta bu gün bizimlə əlaqə saxlayıblar. Hər bir şeydən məmnun qaldıqlarını bildiriblər".

Mübariz Ağayev hazırda "Relax" istirahət mərkəzində 22 nəfərin karantində qaldığını əlavə edib. Həmçinin baş həkim rayonda heç kəsdə koronavirus aşkarlanmadığını da deyib

Baş həkim təmizlikcilər tərəfindən otaqların birneçəsində məktubların aşkarlandığını da qeyd edib:

"Məktubu yazanlar arasında Azərbaycan millisinin voleybolçusu Marqarita Əzimova da var. Bundan əlavə bir neçə nəfər qaldıqları yerdən, onlara göstərilən diqqətdən, otaqların təmizliyindən, aşpazların dadlı yeməklər hazirlamasindan razı qaldıqlarını bildiriblər. Təbii ki, vətəndaşlarımızdan belə xoş sözlər eşitmək bizim üçün də qürurvericidir".

 

 

 

 

 

Mənbə: modern.az