Ən az yoluxma faktı karantinaya ən çox əməl edilən şəhərdə aşkarlandı

Ən az yoluxma faktı karantinaya ən çox əməl edilən şəhərdə aşkarlandı

Türkiyədə koronavirus ən çox böyük şəhərlərdə yayılıb.


Primetime.az xəbər verir ki, bununla belə böyük şəhərlərdən biri olan Mersində isə yoluxma və ölüm faktı digər şəhərlərlə müqayisədə daha azdır. İndiyə qədər bu şəhərdə 30 yoluxma faktı və 1 ölüm faktı qeydə alınıb.


Bunun səbəbi isə Mersin vətəndaşlarının "Evdə qal" çağırışına daha çox əməl etməsidir. Həmçinin bu şəhərdə xəstəxanalarda da yüksək səviyyədə tədbirlər görülür. Koronaviruslu xəstələrin alındığı qapıdan başqa heç bir xəstə qəbul edilmir. Xəstələr, heç kimlə təmas etmədən birbaşa karantinaya alınır.


Qeyd edək ki, aidiyyatı qurumlar da bu şəhərdə evdə qalaraq yoluxmanın nə dərəcədə azaldığını vurğulayaraq bütün Türkiyənin bu çağırışa əməl etmələri xahiş edilib.

Mənbə: primetime.az