Göyçaylı iş adamı 1600 ailəyə ərzaq yardımı paylayıb - FOTOLAR

Göyçaylı iş adamı 1600 ailəyə ərzaq yardımı paylayıb - FOTOLAR

Göyçaydafəaliyyət göstərən "AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan Azərbaycanlı işadamı, vətənpərvər həmyerlimiz, xeyriyyəçi Fərhad Əhmədov Azərbaycandakoronavirusla əlaqədar elan olunan karantin rejiminə görə evdə qalan 65 yaşdan yuxarı insanlara, əlillərə, şəhid ailələrinə, Qarabağ və Böyük Vətən Müharibələrininiştirakçılarına və onların ailə üzvlərinə, tənha qocalara, yataq xəstələrinə, məcburiköçkünlərə, aztəminatlı ailələrə, karantin dövründə işləmədiyi üçün sosialdurumu ağır olan şəxslərə, çoxuşaqlı kasıb ailələrə ərzaq yardımı göndərib.

Sfera.az-ınməlumatına görə, bu gün ərzaq bağlamaları ilə dolu olan avtomobillər "AzNar”ınqarşısından çıxaraq evlərə yola düşüb."AzNar” QSC-nin Baş direktoru Teymur Əhmədovun rəhbərliyi ilə şəhər və kəndlərdəyaşayan ümumilikdə 1600 ailəyə ərzaq bağlamalarının paylanılmasına başlanılıb.Hər ailəyə toyuq, kərə yağı, düyü, qarabaşaq, makaron, qarğıdalı yağı,qatılaşdırılmış süd, un, yumurta, duz, kartof, soğan, çay, salfetka, qənd və "AzNar”ınmeyvə şirələri hədiyyə olunub. Məhsulların qablaşdırılması və evlərəçatdırılması prosesi aprelin 10 və 11-də davam edəcək. Həmçinin, Fərhad müəlliminadından bu gün Göyçayda 10 imkansız ailəyə dərman almaq və müalicə üçün maddiyardım göstərilib. Vətəndaşlar bu çətin günlərdə onlara göstərilən qayğıya vəverilən ərzaq yardımına görə Fərhad Əhmədova təşəkkür ediblər.

Qeyd edəkki, Fərhad Əhmədov bir neçə gün öncə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1milyon manat maddi yardım göndərib. Koronavirusla mübarizə aparan dövlətimizə vəxalqa bundan sonra da dəstək olacağını bildirən xeyriyyəçi iş adamı Fərhad ƏhmədovGöyçayda sahibkarlığın, meyvəçiliyin, balıqçılığın, turizmin, narçılığın,üzümçülüyün, sənayenin inkişafı, "AzNar” zavodunda meyvə şirələrininistehsalının və xarici ölkələrə "Made in Azerbaijan” brendi ilə nar şirələri vədigər məhsulların ixracının artırılması və yeni iş yerlərinin açılması üçün tədbirlərgörür, ayrı-ayrı insanlara hər zaman maddi dəstək olur, xəstələrin müalicəsinəköməklik edir.








Mənbə: sfera.az