Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artdı

Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında koronavirusa yoluxanların sayı 3 nəfərə çatıb.

Bu barədə Ermənistan KİV-i xəbər yayıb.

“Bu gün COVID-19 ilə bağlı keçirilən üç testdən ikisində müsbət nəticə çıxdı. Belə ki, koronavirus aprelin 7-də yoluxan xəstənin gəlinində aşkarlanıb. Həmin qadın aprelin 2-dən təcrid olunmuşdu”, - məlumatda qeyd edilib.

“Report” xatırladır ki, bundan əvvəl bölgədə koronavirusa bir yoluxma halı olduğu bildirilmişdi.

Mənbə: virtualaz.org