Türkiyədəki ermənilər geri qayıdırlar

Türkiyədəki ermənilər geri qayıdırlar

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan TürkiyədəErmənistanın qeyri-qanuni şəkildə 100 min vətəndaşının olduğunu bir neçə dəfə səsləndirib.Ərdoğan onu da qeyd edib ki, həmin ermənilər qeyri-qanuni Türkiyədə işləsələr də,onları ölkədən çıxarmırlar. Ancaq Ərdoğan onu da sözlərinə əlavə edirdi ki,Ankaranın istənilən an həmin erməniləri Türkiyədən çıxarmaq hüququ var.
Ermənistanda dəyişən hakimiyyətlər heç zaman ermənilərindüşmən adlandırdıqları Türkiyədə işlədiklərini və qazandıqları pulları evlərinəgöndərdiklərini etiraf etməyiblər. Çünki necə deyəsən ki, bir tərəfdən Türkiyədüşməndir, digər tərəfdən vətəndaşların ailələrini dolandırmaq üçün həmin ölkəyəişləməyə gedirlər.
Ancaq koronavirus Ermənistan hakimiyyətini bu məsələdədə pis vəziyyətdə qoyub. Türkiyədə qanunsuz işləyən ermənilərin bir qismikoronavirusun yayılması səbəbindən Ermənistana qayıtmaq məcburiyyətindəqalıblar. Erməni jurnalistlər Xarici İşlər Nazirliyinin mətbuat katibi AnnaNaqdalyana konkret sual ünvanlayıblar: "ErmənistanlaTürkiyə arasında sərhədlər bağlı olduğu və iki ölkə arasında diplomatik münasibətlərinolmadığı halda, necə olub ki, Ermənistan vətəndaşları Türkiyədən geri qayıdabiliblər?”
Sualın cavabənda Anna Naqdalyan iki etiraf etmək məcburiyəyətindəqalıb.
Birincisi, o deyib ki, Ermənistan hakimiyyəti müxtəlif ölkələrdəkivətəndaşlarını geri qaytarmaq üçün çalışmalarını davam etdirir, yəni söhbət həmdə Türkiyədən gedir.
İkincisi, Ermənistan XİN mətbuat katibi Türkiyədəki erməniləringeri qayıtmasını söyləməsi düşmən adlandırdıqları ölkədə ermənilərin işlədiyininetirafıdır.
Bu arada, Türkiyə Cumhurbaşqanı İstanbuldakı ermənipatriki ilə telefonla danışıb. Erməni patriki daha sonra deyib ki,koronavirusla mübarizədə Türkiyə Ermənistana yardım edə bilər. Erməni patrikiTürkiyənin Ermənistana dərman göndərə biləcəyini deyib. Rəsmi İrəvan Ankaranıntəklifini qəbul etməyəcək. Əks halda Ermənistan Türkiyəyə tarixi düşmənçiliyiniyumşaltmalı olacaq. Ermənistan hakimiyyəti və cəmiyyəti buna hazır deyillər.
Ermənistanda və Dağlıq Qarabağda koronavirusayoluxanların sayı artır. Koronavirusun yayılmasıyla Ermənistanda və DağlıqQarabağda iqtisadi və sosial problemlərin miqyası da genişlənir. Sərhədlərqapalı, iqtisadiyyat iflic olub, vəziyyətdən çıxmaq üçün maliyyə resurslarıyoxdur. Bu problemləri həll etmək üçün Ermənistanın və Dağlıq Qarabağseparatçılarının maliyyə inaələrinə ehtiyacları var. İndiki şəraitdə Ermənistanaheç bir dövlət və beynəlxalq təşkilat milyardlarla dollar və ya avroayırmayacaq. Bu ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistanasatdığı qazın qiymətindən də narazıdır. Təsadüfi deyil ki, o bir neçə gün əvvəlBelarus prezidenti Aleksandr Lukaşenkoya zəng edərək Rusiyanın bu ölkələrəsatdığın qazın baha olmasından şikayət edib. Elxan ŞAHİNOĞLU"Atlas”Araşdırmalar Mərkəzi
 

Mənbə: kaspi.az