Bill Qeytsdən bədbin proqnoz: "Əvvəlki vəziyyətə qayıtmaq asan olmayacaq"

Bill Qeytsdən bədbin proqnoz: "Əvvəlki vəziyyətə qayıtmaq asan olmayacaq"

Dünyanı cənginə alan koronavirusdan sonra həyatın nə vaxt normal axarına qayıdacağı barədə bir çox fərziyyələr irəli sürülüb.


Primetime.az xəbər verir ki, Mikrosoftun qurucusu Bill Qeyts də öz növbəsində proqnozlarını açıqlayıb. Onun sözlərinə görə, dünya əvvəlki vəziyyətinə 2021-ci ilin payızında qayıdacaq: "Dünyanın əvvəlki vəziyyətinə qayıtması üçün peyvənd hazırlanmalıdır. Bu isə 1 ildən tez olmayacaq. Dünyanın əvvəlki vəziyyətinə necə qayıdacağını isə Çinə baxaraq görə bilərik. Çində virus riski azalıb. Amma insanlar yenə də maskasız gəzmirlər, toplu şəkildə bir yerə getmirlər. Hələ də küçədə insanların qızdırmalarını ölçürlər. Dünyada da bu belə olacaq".

Mənbə: primetime.az