Çində koronavirusdan sağalanların sayı 77 mini ötdü

Çində koronavirusdan sağalanların sayı 77 mini ötdü

Çində koronavirusdan sağalanların sayı artır.

"Qafqazinfo" xəbər verir ki, Asiya ölkəsində indiyədək 81 865 nəfər koronavirusa yoluxub, onlardan 77 370-i sağalıb.

Son sutka ərzində ölkədə 63 nəfər koronavirusa yoluxub. Gün ərzində Covid-19-dan ölənlərin sayı isə 2-dir.

Qeyd edək ki, indiyədək Çində 3 335 nəfər koronavirusdan dünyasını dəyişib.

 

Mənbə: qafqazinfo.az