29 yaşlı gənc hər gün imkansız ailələrə çörək paylayır - VİDEO

29 yaşlı gənc hər gün imkansız ailələrə çörək paylayır - VİDEO

Mingəçevir sakini xüsusi karantin günlərində evdən çıxa bilməyən sakinlərə çörək, ərzaq paylayır.

Baku.Tv xəbər verir ki, 29 yaşlı Mirasim Yunisov 10 gündür ki, yaşadığı şəhərin müxtəlif küçələrini gəzərək insanlara yardım edir.

O, bu işi karantin müddəti bitənədək davam etdirəcək.

M.Yunisov özünə məxsus avtomobillə hər gün 200-300 çörək paylayır.

Könüllü gənc Mingəçevirdə Aprel şəhidlərinin ailələrini ziyarət edib, onlara ərzaq bağlamaları təqdim edib.

Mənbə: paralel.az