Moskvada qocalar evindəki yanğında ahılların köməyinə öncə müsəlman fəhlələr yetişdi...-VİDEO

Moskvada qocalar evindəki yanğında ahılların köməyinə öncə müsəlman fəhlələr yetişdi...-VİDEO

Bu günlərdə Domodedovo hava limanında vətənlərinə dönmək üçün gözləyən 300-ə yaxın tacik əmək miqrantı polis tərəfindən şaxtalı havada bayıra atılmışdı...

Moskvanın qərbində yaşlılar üçün özəl bir pansionatdakı yanğın zamanı ahıl qadın və kişilərin dadına xilasedicilərdən öncə Tacikistan və Özbəkistandan olan əmək miqrantları yetişirblər.

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, qocalar evində yanğın aprelin 8-də axşam saatlarında baş verib. Xilasedicilər dərhal əraziyə çatıblar, lakin ilk qəhrəmanlar yerli sakinlər və xüsusən Tacikistan və Özbəkistandan olan fəhlələr olub. Onlar yanan binada ilişib qalanların köməyinə çatıblar.

Miqrantlardan Mirzə adlı biri şüşələri necə sındırması və insanlara bayıra çıxmağa necə kömək etməsindən danışıb:

"Qoca nənələrədən birinin harayını eşitdik: "Uşaqlar, kömək edin! " Dərhal oraya qaçdıq. Pəncərələri qırmağa başladıq. Nənələrin çoxu uzanmışdı. Özlərini itirmişdilər, çölə çıxmaq istəmirdilər, onları əllərimizdə çıxarmalı olduq...”

Mirzənin sözlərinə görə, insanlar yaşlı qadınları bütün mərtəbələrdən çıxarırdılar, ancaq nərdivanın olmaması səbəbindən ikinci mərtəbədən və daha yuxarıdan ahılları təxliyə etmək, demək olar ki, mümkün olmayıb.

"Bütün mərtəbələr qalın, qara tüstü ilə dolmuşdu. Hamı əlinə keçənlə pəncərələri sındırırdı. Mən əlimdə üç qoca qadını bayıra çıxardım...”- deyə müsəlman fəhlə bildirib.

P.S. Bu günlərdə Moskvanın Domodedovo hava limanında vətənlərinə dönmək üçün gözləyən 300-ə yaxın tacik əmək miqrantı polis tərəfindən şaxtalı havada bayıra atılmışdı...

Sultan Laçın

Mənbə: moderator.az