Vaqif Abdullayev vaxtı ilə icra başçısı olduğu rayonun şəhid ailələrinə yardım göndərdi

Vaqif Abdullayev vaxtı ilə icra başçısı olduğu rayonun şəhid ailələrinə yardım göndərdi

Newscenter.az.9.04.2020. Yeni nov koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində paytaxt və bölgələrdə imkansız şəxslər, yaşı 65-dən yuxarı olan insanlar, eləcə də aztəminatlı ailələr, Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən yardımlar davam edir.

Newscenter.az xəbər verir ki, siyasi elmlər doktoru, professor, Beyləqan rayonunun keçmiş icra hakimiyyətinin başçısı Vaqif Abdullayev də bu xeyirxah təşəbbüsə qoşulub. Belə ki, Vaqif Abdullayev vaxtı ilə icra hakimiyyətinin başçısı olduğu Beyləqan rayonuna yardım göndırib.

Sabiq icra başçısının yardım sovqatı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon filialının vasitəçiliyi ilə rayondakı şəhid ailələrinə çatdırılıb.

Mehman

Mənbə: newscenter.az