Karantin rejimində uşaqlarımızı necə qoruyaq? - VİDEO

Karantin rejimində uşaqlarımızı necə qoruyaq? - VİDEO

Hazırda qarşılaşdığımız COVİD-19 yeni infeksiyadır və qısa müddət ərzində bütün dünyada pandemiyaya səbəb ola bilib. Bu virus yaşlılara, immun çatışmazlığı olan şəxslərə daha çox təsir edərək, onlardan daha zəiflərinin həyatını itirməsinə səbəb olur. Bu o demək deyil ki, koronavirus uşaqlardan yan keçir.

Bəs, görəsən, karantin müddətində valideynlər övladlarını yoluxmadan necə qoruyur?

Psixoloqlar bildirir ki, bu dövrlərdə valideynlər uşaqlara qarşı xüsusi həssaslıq göstərməli, onlara daha çox vaxt ayırmalıdırlar.

İndiyədək azyaşlılar arasında rast gəlinən yoluxma halları göstərir ki, onlar bu virusun daşıyıcısı ola bilər və xəstəliyi böyüklərə keçirə bilərlər. Yoluxmamaq və virusu yaymamaq üçün bütün gigiyena qaydalarına ciddi riayət etmək lazımdır. Bu məqsədlə uşaqları gəzməyə aparmamaq, onları evdə saxlamaq və hökumət tərəfindən karantin müddətinin bitdiyinin elan edilməsini gözləmək lazımdır. Bununla da, siz uşaqlarınızı və özünüzü öldürücü, təhlükəli virusdan qoruya bilərsiniz.

Mənbə: www.oxu.az