Pentaqon 86 milyon dollarlıq maska tədarük edəcək

Pentaqon 86 milyon dollarlıq maska tədarük edəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon), bütün işçilərini yeni bir növ koronavirusun (COVID-19) yayılması səbəbiylə maska taxmağa məcbur etdikdən sonra Puerto Rikoda yerləşən bir şirkətdən maska tədarükü üçün 86 milyon dollarlıq müqavilə bağlayıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Pentaqonun verdiyi açıqlamada tenderin qiymətinin 86 milyon dollar olması diqqət çəkib, halbuki təqdim ediləcək maskaların sayı bildirilməyib.

Mənbə: www.unikal.org