ABŞ-da ada məzarlığa çevrilir: uzun xəndəklər qazılır... (VİDEO)

ABŞ-da ada məzarlığa çevrilir: uzun xəndəklər qazılır... (VİDEO)

Nyu-York rəsmiləri son günlərdə koronavirusdan ölənlərin sayının artması səbəbindən Hart adasında cəsədləri basdırmaq üçün işçilər tutub.

Qaynarinfo xəbər verir ki, sözügedən ada 19-cu əsrdən bəri kimsəsiz və imkansız şəxsləri dəfn etmək üçün istifadə edilirdi. Bura həftədə təxminən 25 cəsəd gətirilir və adada işləyən məhkumların əməyindən istifadə etməklə basdırılırdı. Bu rəqəm martda yeni növ koronavirus epidemiyasının sürətlə yayılması və Nyu Yorkun pandemiyanın mərkəzinə çevrilməsindən sonra artmağa başlayıb. İndi adaya həftədə yox, gündə 24 cəsəd gətirilir.

Koronavirus səbəbindən ölənlərin cəsədi burada torbalara salınır və tabutlara qoyulur. Gələcəkdə cəsədin kimə aid olduğunu müəyyən etmək üçün ölən şəxsin adı tabutun üzərinə böyük hərflərlə yazılır və tabut qazılan uzun xəndəklərdə basırılır.

Nyu-York Penitensiar Xidmətinin sözçüsü Ceyson Kersten ehtiyac yaranacağı təqdirdə daha bir xəndəyin qazıla biləcəyini deyib. O, həbsxanalarda koronavirus infeksiyasının yayılmasından sonra məhkumların bu işlərdən uzaq tutulduğunu və cəsədləri basdırmaq üçün müqavilə ilə işçilər işə götürüldüyünü deyib.

 

Camal

Mənbə: qaynarinfo.az