MDB məkanında koronavirus ölümü dünya ilə müqayisədə 5 dəfə aşağıdır

MDB məkanında koronavirus ölümü dünya ilə müqayisədə 5 dəfə aşağıdır

MDB ölkələrində, Ukraynada və Gürcüstanda koronavirusa yoluxanlar arasında ölüm bütün dünya ilə müqayisədə beş dəfə aşağıdır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Mənbə bildirir ki, indi yoluxmuş insanların sayı 18,5 mindən çoxdur, ölüm nisbəti isə 1,13%-dir. Bu göstərici dünyada 6.1% təşkil edir.

MDB məkanında ən çox yoluxan Rusiyadadır: 10 131 nəfər. Sonrakı yerləri Belarus – 1486, Moldova – 1289, Azərbaycan – 926, Ermənistan – 921, Qazaxıstan – 781, Özbəkistan – 582 və Qırğızıstan – 280 tutur.

Ukraynada, son məlumatlara görə, 1892, Gürcüstanda 218 yoluxma hadisəsi var.

Tacikistanda və Türkmənistanda koronavirus ilə yoluxma hadisəsi yoxdur.

Moldova istisna olmaqla, yuxarıda göstərilən bütün ölkələrdə ölüm nisbəti hazırda 1,5% -dən çox deyil (Moldovada – 2,25%).

Yoluxmuş insanların sayının 5 mindən çox olduğu ölkələrdə ən yüksək ölüm nisbəti Fransada 14,14%, İtaliyada – 12,73%, Böyük Britaniyada – 12,26%, Niderlandda – 11,01%, Belçikada – 10,1%, İspaniyada – 10%, İsveçdə – 8,68%, İranda – 6.21% və Braziliyadadır – 5.27%.

Dünyadakı bütün infeksiyaların demək olar ki, üçdə birinin qeydə alındığı ABŞ-da ölüm 3.56% təşkil edir.

Ümumilikdə, son məlumatlara görə, 1,6 milyondan çox insan yeni koronavirusa yoluxub, 95 mindən çox insan ölüb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az