Koronaviruslu xəstələrin müalicəsində Tədris Cərrahiyyə Klinikasının həkimlərinin rolu danılmazdır

Koronaviruslu xəstələrin müalicəsində Tədris Cərrahiyyə Klinikasının həkimlərinin rolu danılmazdır

DİA.AZ: - Azərbaycanda kononavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər görülüb. Ölkədə həyata keçirilən əks-epidemik tədbirlər bu gün də davam etdirilir. 20-dən çox klinikalar, xəstəxanalar koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Onlardan biri də ATU-nun Tədris Cərrahiyyə Klinikasıdır. Klinikanın həkim heyətinin, bütünlükdə personalının koronavirusla mübarizədə rolu danılmazdır.

DİA.AZ bildirir ki, Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyevin sözlərinə görə, koronavirusa yoluxmuş xəstələrin müalicəsi uğurla davam etdilir. Xəstələrin içində ağır vəziyyətdə olanı yoxdur. Klinikanın həkimləri bu çətin dönəmdə öz fədakarlıqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanan və sonradan digər ölkələrdə də yayılan koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemik virus elan olunub. Bu infeksiya bir neçə ay ərzində demək olar ki, bütün dünyaya yayılıb.

Mənbə: www.dia.az